DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 15 cinayət faktı qeydə alınmışdır

06.01.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 15 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır. - 7 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.