Şəmkir rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.04.2013Aprelin 23-də saat 22.40 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Sabirkənd kənd sakini Zamiq Eyyubov idarə etdiyi "VAZ-2106" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə Z.Eyyubovun sərnişini, həmkəndlisi Rəşad Eyyubov hadisə yerində ölmüş, özü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.