Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
22.04.2013Aprelin 23-də saat 21.10 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Bəhruz Talıbovun idarə etdiyi "VAZ-2107" markalı və Gürcüstan vətəndaşı İntiqam Acalovun idarə etdiyi "Mercedes Vito" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış B.Talıbov və sərinişinləri - qızı Sevinc, oğlanları Məhəmməd və Əli xəstəxanaya yerləşdirilmişlər. B.Talıbov orada ölmüşdür.