Xaçmaz rayonunun Armud-padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
20.04.2013Aprelin 21-də saat 01.00 radələrində Xaçmaz rayonunun Armud-padar kəndi ərazisində Dəyanət Həmidov idarə etdiyi "VAZ-2109" markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə D.Həmidov və sərnişini, Xudat şəhər sakini Pərvanə Ledniyova hadisə yerində ölmüşlər.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.