Oğurluq etmiş Ucar rayon sakini Ramil Mirzəliyev tutulmuşdur
13.04.2013Aprelin 8-dən 13-dək olan müddət ərzində Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Şəlalə İbrahimovanın evindən pəncərədən girmək yolu ilə 1 ədəd televizor və 1 ədəd kondensioner oğurlanmışdır.
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Mirzəliyev tutulmuşdur.