Gün ərzində 86 cinayət faktı qeydə alınmışdır
01.04.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı 7 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
- 9 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 2 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.