Gün ərzində 49 cinayət faktı qeydə alınmışdır
31.03.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
- 4 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.