Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonunda bir qrup sakinə məxsus ev quşlarını və T.Ramazanova məxsus pul kisəsini oğurlamış rayon sakini C.İsmayılov tutulmuşdur

31.03.2013

Martın 28-nə keçən gecə Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Firəngiz Qarayevaya məxsus 24 ədəd, martın 29-na keçən gecə Aşağı Tala kənd sakini Arif Mehdiyevə məxsus 7 ədəd, martın 30-na keçən gecə Qazangül qəsəbə sakinləri Aydın Aşdıyevə məxsus 10 ədəd, onun qaradaşı Arifə məxsus 6 ədəd, martın 31-nə keçən gecə Aşağı Tala kənd sakinləri Məleykə Ərəblinskiyə məxsus 4 ədəd, Hürü Kərimovaya məxsus 12 ədəd, Samur Quriyevaya məxsus 6 ədəd ev quşları yardımçı təsərrüfatlarından, habelə martın 31-də Göyəm kəndinin ərazisindəki kafedə, orada işləyən Tural Ramazanova məxsus içərisində 92 manat pul olan kisə oğurlanmışdır.
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hədisələri törətmiş Aşağı Tala kənd sakini Cəlal İsmayılov tutulmuşdur.

31.03.2013 tarixinə olan kriminal məlumatlar