Nəsimi rayonu ərazisində yeni inşa edilən binada yanğın baş vermişdir
29.03.2013Martın 29-da saat 20.25 radələrində Nəsimi rayonu S.Rəhimov küçəsində yeni inşa edilən binanın 6-cı mərtəbəsində yanğın baş vermişdir. Nəticədə 2000 kvm. sahədə taxta qəliblər, eləcə də ona yaxın olan 3 mərtəbəli yaşayış binasında 5 mənzil, habelə həmin evin həyətində saxlanılmış Bakı şəhər sakinləri Atəş Hacıyevə məxsus "Ford" markalı və Elmir Əhədova məxsus "Şkoda" markalı avtomaşınların qabaq hissələri yanmışdır.
Araşdırma aparılır.
Araşdırma aparılır.