Axtarışda olduğuna görə tutulmuş Dilafət Xəlilovun digər cinayət əməli də müəyyən edilmişdir
28.03.2013Ağdam RPŞ əməkdaşları tərəfindən axtarışda olduğuna görə tutulmuş Dilafət Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2012-ci ilin iyul-avqust ayları ərzində Bakı şəhərində yaşayan Laçın rayon sakinləri Vüqar Məmiyevin, Kamil Məmiyevin və Bakı şəhər sakini Xəyyam Ağayevin etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 3.000, 6.500 və 6.800 manat pul alması müəyyən edilmişdir.