Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
25.03.2013Martın 25-də saat 19.20 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində İsmət Qabilov "Mercedes E-220" markalı avtomaşını idarə edərkən yolun kənarında dayanmış Mehrablı kənd sakini Füzuli Muradovu və Aran kənd sakini Ruslan Şərifovu vurmuş, sonradan idarəetməni itirdiyindən avtomaşınını yolun kənarındakı tikintinin divarına çırpmışdır. Nəticədə F.Muradov və R.Şərifov hadisə yerində ölmüş, xəsarət almış İ.Qabilov və sərnişini - Ağcabədi rayon sakini Rəmzi Səfiyev isə xəstəxanaya yerləşdirilmişlər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.