Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qax rayon sakini Natiq Kərimov ölmüşdür
19.03.2013Martın 18-də Sabunçu rayonu Böyük Şor şosesində Qax rayon sakini Natiq Kərimov idarə etdiyi "VAZ-21154" markalı avtomaşını maneəyə vurmuşdur. Bu zaman N.Kərimovun sərnişini Ağaəli Kərimov Bakı şəhər sakini Şahin Şərifovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla vurulmuş, sonradan "Mercedes" markalı avtomaşın Elnur Novruzovun idarə etdiyi "Opel" markalı və Azər Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlarla toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Kərimov martın 19-da orada ölmüşdür.
RPİ tərəfindən araşdırma aparılır.
RPİ tərəfindən araşdırma aparılır.