DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mobil telefon oğurlamış Sumqayıt şəhər sakinləri Təvəkkül Cavadov və Avaz Şahmuradov tutulmuşlar

14.03.2013

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də metronun "28 May" stansiyasında, şəhər sakini Lalə İbrahimovaya məxsus mobil telefonu oğurlamış Sumqayıt şəhər sakinləri Təvəkkül Cavadov və əvvəllər məhkum olunmuş Avaz Şahmuradov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların həmin gün qeyd edilən metro stansiyasında, Masallı rayon sakini Aysel Fərəcovanın və Bakı şəhər sakini Zeynəb Hüseynovanın mobil telefonlarını oğurlamaları da müəyyən edilmişdir.

14.03.2013 tarixinə olan kriminal məlumatlar