Qazax rayon sakini Natiq Mahmudova məxsus yardımçı otaqda yanğın baş vermişdir
09.03.2013Martın 9-da saat 22.50 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində, rayon sakini Natiq Mahmudova məxsus yardımçı otaqda yanğın baş vermişdir. Nəticədə oranın yanar konstruksiyaları yanmış, yanğın söndürüldükdən sonra orada gözətçi işləmiş Ağstafa rayon sakini Eyvaz Heydərovun yanmış meyiti tapılmışdır.