Bərdə rayonunun Şahvəlilər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.03.2013Martın 8-də saat 16.30 radələrində Bərdə rayonunun Şahvəlilər kəndi ərazisində, rayon sakini Azər Əliyev "BMW-320" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişin Aqşin Məmmədxanov hadisə yerində ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.