Bakı şəhər sakini Nigar Əmirəlizadənin bank hesabından internet vasitəsi ilə oğurluq etmiş Nicat Hacıyev tutulmuşdur
07.03.2013Cari ilin fevral ayının 8-dən mart ayının 6-dək olan müddət ərzində, Bakı şəhər sakini Nigar Əmirəlizadənin bank hesabından 7678 dollar pulu internet vasitəsi ilə oğurlanmışdır. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Nicat Hacıyev tutulmuşdur.