Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
27.02.2013Fevralın 27-də saat 16.30 radələrində Ağcabədi rayonunda yaşayan Rəfiqə Məmmədovanın evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə evin pəncərə şüşələri sınmış, evdəki əşyalar dağılmış, yanıq xəsarəti almış orada kirayədə yaşayan Abşeron rayon sakini Sadiq Kamallı xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.