Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qəbələ şəhər sakini Nadir Kərimov ölmüşdür
23.02.2013Fevralın 18-də saat 20.30 radələrində Kürdəmir rayonu ərazisində, Qəbələ şəhər sakini Nadir Kərimov "KamAZ" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş N.Kərimov isə fevralın 23-də orada ölmüşdür.