Quldurluq etmiş Saatlı rayon sakini Murad Muradlı tutulmuşdur
19.02.2013Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də Neftçilər prospektindəki "Sahil" restoranının qarşısında, şəhər sakini Rəşad Qarayevi bıçaqla hədələyərək, mobil telefonunu ondan almış Saatlı rayon sakini Murad Muradlı tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun fevralın 18-də Fərhad Mehrəliyevə və Qubad Nuriyevə qarşı zor tətbiq edərək, mobil telefonlarını da alması müəyyən edilmişdir.