Bakı şəhər sakini Vüqar Kərimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən kənd sakini Aslan Məmmədov xəsarət almışdır
16.02.2013Fevralın 16-da Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Bakı şəhər sakini Vüqar Kərimov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən kənd sakini Aslan Məmmədov xəsarət almışdır. A.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. V.Kərimovdan 1 ədəd ov tüfəngi götürülmüşdür. Araşdırmalar aparılır.