Gədəbəy rayon sakini Z.Əsədovu bıçaqla hədələyərək mobil telefonunu ondan almış şəxslər tutulmuşlar
10.02.2013Fevralın 10-da Bakının Nizami rayonu ərazisində, 3 naməlum şəxs Gədəbəy rayon sakini Zaur Əsədovu bıçaqla hədələyərək, mobil telefonunu ondan almışlar. Nizmai RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Rəşadət Məmmədov və Mingəçevir şəhər sakini Xalis Cəfərov tutulmuşlar.