Şabran rayonunun Sincanboyad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
07.02.2013Fevralın 7-də saat 07.00 radələrində Şabran rayonunun Sincanboyad kəndi ərazisində, Quba şəhər sakini Elxan Əmirovun idarə etdiyi "Mercedes C-200" markalı və Siyəzən rayon sakini Sərxan Hüseynovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Əmirov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.