Axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulmuşdur
07.02.2013Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Vidadi Məmmədov tutulmuşdur.