Şəmkir rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.02.2013Fevralın 6-da saat 00.10 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində, rayon sakini Nicat Sarıyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən 10 yaşlı Malik Qurbanovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölmüşdür.