Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.02.2013Fevralın 4-də saat 19.00 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində, Xocavənd rayon sakini Aslan Hüseynovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Nəbi Səmədovun idarə etdiyi "QAZ-33021" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Hüseynovun xəsarət almış sərnişini - 4 yaşlı oğlu Elcan xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış özü və N.Səmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.