Avtomaşın qaçırmış Gəncə şəhər sakini Şəhriyar Məmmədov qəza törətmişdir
04.02.2013Fevralın 4-də Gəncə şəhərində, şəhər sakini Vasif Nəsirova məxsus "VAZ-21154" markalı avtomaşın qaçırılmışdır. Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən avtomaşının şəhər sakini Şəhriyar Məmmədov tərəfindən qaçırılması və Goranboy rayonu ərazisində idarə edilərkən yol ayrıcısına vurması müəyyən edilmişdir. Xəsarət almış Ş.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.