İdarə etdiyi avtomaşınla piyadanı vuraraq hadisə yerindən qaçmağa cəhd göstərmiş Bakı şəhər sakini E.Mahmudov saxlanılmışdır
01.02.2013Fevralın 1-də Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Xırdalan şəhər sakini Elnarə Abdulrəhmanovanı vuraraq hadisə yerindən qaçmağa cəhd göstərərkən DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və araşdırmalar aparılması üçün Nəsimi RPİ 21-ci PB-nə təhvil verilmişdir.