Binəqədi şosesində "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini G.Tağıyeva vurulmuşdur
01.02.2013Fevralın 1-də saat 08.00 radələrində Binəqədi şosesində Abşeron rayon sakini Azər Həsənli idarə etdiyi "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini Gülyaz Tağıyevanı vurmuşdur. Nəticədə xəsarət almış G.Tağıyeva xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.