Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.01.2013Yanvarın 26-da saat 12.40 radələrində Səbail rayonu ərazisində, Naxçıvan şəhər sakini Vüqar Abdullayevə məxsus "Merсedes" markalı qoşqulu yük avtomaşını (yükü benzin olan) idarə edərkən, onu aşırmış və nətiсədə yanğına keçən partlayış baş vermişdir. Avtomaşının bütövlükdə yanar konstruksiyaları və orada olan benzin yanmış, V.Abdullayevin isə yanmış meyiti tapılmışdır.