Oğurluq etdiyinə görə tutulmuş Natiq Babayevin digər cinayət əməli də müəyyən edilmişdir
25.01.2013Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Məmmədbağır Məmmədovun evindən 6850 manat pul oğurlamış Natiq Babayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 15-də Təvəkkül Abbasovun evindən 4000 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.