Yanvarın 12-də A.Əliyevə məxsus avtomaşının Bakı şəhər sakini S.İsmayılzadə tərəfindən qaçırılması və satılması müəyyən edilmişdir
24.01.2013Baş Cinayət-Axtarış İdarəsi, Nəsimi RPİ 20-ci PB və Şamaxı RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Ağabala Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşının Bakı şəhər sakini Seymur İsmayılzadə tərəfindən qaçırılması və Şamaxı rayon sakinləri Çingiz Cavadov və Ceyhun Ağamalıyevə satması müəyyən edilmişdir. Onlar tutulmuşlar.