Qonşusu Aqşin Qurbanova bıçaqla qətlə yetirmiş Zaur Zəkiyev tutulmuşdur
23.01.2013Yanvarın 23-də Yasamal rayonu ərazisində, Zaur Zəkiyev münaqişə zəminində qonşusu Aqşin Qurbanova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Qurbanov orada ölmüşdür. Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Zəkiyev tutulmuşdur.