Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
22.01.2013Yanvarın 22-də saat 05.30 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində, Daşkəsən rayon sakini Xəyal Cəfərovun idərə etdiyi "Volkswagen" və Gədəbəy rayon sakini Eldar Qasımovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Qasımov və 2 qadın sərnişini hadisə yerində ölmüş, xəsarət almış digər sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.