Balakən rayonunun Qazbinə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.01.2013Yanvarın 14-də saat 14.00 radələrində Balakən rayonunun Qazbinə kəndi ərazisində, rayon sakini İsmayıl Osmanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişin Fərid Osmanov xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.