Beş nəfər Şərur rayon sakini tapdıqları silah-sursatı könüllü olaraq Şərur RPŞ-yə təhvil vermişlər
05.01.2013Şərur rayonunun Yuxarı Yaycı kənd sakini Kamil Süleymanov tapdığı 1 ədəd "TOZ-8" markalı ov tüfəngini, Mahmudkənd kənd sakini İlham Məmmədov tapdığı 1 ədəd "Karatay" markalı ov tüfəngini, Dəmirçi kənd sakini Binnət Qurbanov tapdığı 1 ədəd işarə tapançasını, Dəmirçi kənd sakini Süleyman Ələkbərov tapdığı 1 ədəd ov tüfəngini, Alışlar kənd sakini Niyazi Nəcəfov tapdığı 1 ədəd nömrəsi silinmiş "Piper-Bayer" markalı ov tüfəngini könüllü olaraq Şərur RPŞ-yə təhvil vermişlər.