H.Əliyev Beynəlxalq Hava Limanının ərazisində "Hyundai" və "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur
05.01.2013Yanvarın 5-də saat 08.15 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakinləri Əli Sadıqovun idarə etdiyi "Hyundai" markalı və Nahid Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Abdullayevin sərnişini, Bakı şəhər sakini Nadir Dərgahov hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmişdir.
NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.
NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.