Xəzər rayonunun Albalılıq qəsəbə sakini Rövşən Bağırov polisə müraciət edərək avtomaşının qaçırmasını bildirmişdir
03.01.2013Yanvarın 3-də Xəzər rayonunun Albalılıq qəsəbə sakini Rövşən Bağırov polisə müraciət edərək, həmin gün bacısının oğlu Hikmət Babayevin ona məxsus "VAZ-21015" markalı avtomaşını qaçırmasını bildirmişdir. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın qəsəbə ərazisində saxlanılmış və orada olan Bakı şəhər sakini Elnur İbrahimov və Hikmət Babayev tutulmuşlar.