Sumqayıt şəhərindəki iki mağazadan oğurluq etməkdə və bir mağazanın qapı şüşəsini daşla sındırmaqda şübhəli bilinən A.Abışov tutulmuşdur
30.12.2012Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da İlham Abdullayevə məxsus ticarət köşkündən, dekabrın 23-də isə Ramin Cəfərova məxsus mağazadan oğurluq etməkdə, habelə dekabrın 28-də Hacıbala Salamova məxsus mağazanın qapı şüşəsini daşla sındırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ağabala Abışov tutulmuşdur.