Oğurluq etmiş Qazax rayon sakini Zaur Rəhimov tutulmuşdur
27.12.2012Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da Böyük Britaniya vətəndaşı Saied Tahantaninin evindən 1 ədəd noutbuk, 2 ədəd ködəkçə, 15 ədəd gümüşdən hazırlanmış ingilis sikkəsi və 1000 manat dəyərində Dubay dirhəmi oğurlamış Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Rəhimov tutulmuşdur.