Quldurluq etmiş Taleh Ağayev saxlanılarkən polis əməkdaşlarına xəsarət yetirmişdir
23.12.2012Dekabrın 23-də saat 20.15 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Bəxtiyar Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs bıçaqla ona daxilə nüfuz etməyən xəsarətlər yetirərək düşürüb, avtomaşında getmişdir. RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılarkən, sürücüsü bıçaqla polis əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi hədələmiş və təpiklə onlara xəsarət yetirmişdir. Polis əməkdaşları sürücünün əlindən bıçaqı aldıqdan sonra, onu RPŞ-nə gətirmişlər. Araşdırmalar zamanı onun rayin sakini sərxoş halda olan Taleh Ağayev olması müəyyən edilmişdir.