Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.12.2012Dekabrın 22-də saat 15.50 radələrində Səbail rayonu ərazisində, Bakı şəhər sakini Nəcməddin Babayevin və Şirvan rayon sakini Hikmət Şıxəliyevin idarə etdikləri "Daewoo" markalı avtobuslar toqquşmuşdur. Nəticədə H.Şixəliyevin xəsarət almış 13 nəfər sərnişini xəstəxanaya yerləşdirilmişlər. 2 sərnişinin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar.