Biləsuvar rayonunun Ağayrı kənd sakini Xalid Şükürov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ölmüşdür
21.12.2012Dekabrın 21-də Biləsuvar rayonunun Ağayrı kənd sakini Xalid Şükürov evindən güllə yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. İlkin məlumatlara əsasən X.Şükürov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almışdır. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.