Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ağdam rayon sakini Ərşad Abdullayev ölmüşdür
18.12.2012Dekabrın 17-də saat 18.30 radələrində Tərtər rayonu ərazisində, Ağdam rayon sakini Ərşad Səfərov "Daewoo" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Ərşad Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 18-də orada ölmüşdür.