Balakən rayonunun Qullar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.12.2012Dekabrın 15-də saat 21.10 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində, kənd sakini Həbib Kaltoyev "VAZ-2104" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında dayanmış həmyerlisi Samir Novruzova məxsus "ZiL" markalı avtomaşına vurmuşdur. Nəticədə H.Kaltoyevin sərnişinlərindən Sahib Telliyev, Rəşad Məmmədov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.