"ANS" Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva edilən təzyiqlə bağlı polis şöbəsinə müraciət etmişdir
10.12.2012Dekabrın 10-da Göyçay rayonunda, "ANS" Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva RPŞ-nə müraciət edərək, həmin gün rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyevin iş otağında olarkən, sonuncu tərəfindən özünün və operator Rəşad Rəşidovun təhqir edilməsini, kamerasının alınmasını və bu zaman kameraya qismən ziyan dəyməsini bildirmişdir.