Siyəzən rayonunun Qarabulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.12.2012Dekabrın 1-də saat 09.00 radələrində Siyəzən rayonunun Qarabulaq kəndi ərazisində, Siyəzən şəhər sakinləri Əhəd Allahverdiyevin idarə etdiyi "Niva" markalı və Etibar Qəniyevin idarə etdiyi "Moskviç" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Qəniyevin sərnişini Anar Hacıyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.