Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
29.11.2012Noyabrın 29-da saat 00.30 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Cavanşir Nəsibov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında saxlanılmış həmyerlisi Zaur Quluzadəyə məxsus "Mercedes-Benz" markalı avtomaşına vurmuşdur. Nəticədə C.Nəsibovun xəsarət almış sərnişini Babək Nəsibov xəstəxanaya yerləşdirilmiş və aldığı xəsarətdən orada ölmüşdür.