Tol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Sumqayıt şəhər sakini Fazilə Əkbərova ölmüşdür
28.11.2012Noyabrın 13-də saat 11.00 radələrində Sumqayıt şəhəri ərazisində, Köhnə Corat qəsəbə sakini Şaiq Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Fazilə Əkbərovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada noyabrın 28-də orada ölmüşdür.