Nəsimi rayonu ərazisində klubda mərc oyunları təşkil edilməsi müəyyən edilmişdir
27.11.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki "Zenit bet" klubunda, Bakı şəhər sakinləri Aslan Quliyevin və Rəşad Bədəlovun mərc oyunları təşkil etmələri müəyyən edilmişdir. Kluba baxış zamanı 1 ədəd kompyuter, 2 ədəd televizor, 1 ədəd modem, 1 ədəd anten bloku, 66500 manat dəyərində 1654 ədəd müştərilərə satılmış kupon qəbzlərin kötükləri, 232 manat pul və digər ləvazimatlar aşkar edilərək götürümüşdür.