Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2012Noyabrın 24-də saat 09.00 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakinləri Rəşid Seyidovun idarə etdiyi "VAZ-2106" və Vüsal Qurbanovun idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Seyidov orada ölmüşdür.